Bakıda milyonlarla kubmetr çirkab su Xəzər dənizinə axıdılır

 16:28 04.05.2021     32

“Bakı şəhərində 330 milyon kubmetr çirkab su formalaşıb. Bunun da 182 milyon kubmetri bioloji təmizlənmədən, 147 milyon kubmetri mexaniki təmizlənmədən, yerdə qalanı isə təmizlənmədən dənizə, göllərə axıdılıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, bu vəziyyət narahatlıq doğurur: “Bununla bağlı müəssisələrə məcburi göstərişlər verilir, istehsalat fəaliyyətlərinin dayandırılması üçün lazımi addımlar atılır. Heç bir fiziki və hüquqi şəxsə imkan verilmir ki, sərbəst şəkildə çirkab suyu dənizə axıtsın. Xəzər boyu 123-dən çox mənbə var ki, dənizi çirkləndirir. Qeyd edim ki, Azərbaycanın su ehtiyatları qanunvericiliklə qorunur”. (report)


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/ekologiya2/355041.html