Almaniya rus layihəsinin tikintisini dayandırdı

 16:41 04.05.2021     32

Almaniyanın Gəmiçilik və Hidroqrafiya üzrə Federal İdarəsi “Şimal axını 2” qaz kəmərinin tikintisinə verdiyi icazəni müvəqqəti olaraq mayın sonuna qədər dayandırıb.

Axar.az xəbər verir ki, buna səbəb ekoloqların məhkəməyə müraciəti olub. Tikinti ilə bağlı yekun qərarı məhkəmənin verəcəyi bildirilib.

Qeyd edək ki, ekoloqlar bundan öncə “Şimal axını 2”-nin keçdiyi ərazinin yuva quran quşlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini açıqlamışdılar. İdarə onların iddiasının əsassız olduğunu bildirərək, müraciəti rədd etmişdi. Bundan sonra ekoloqlar məhkəməyə müraciət etmişdilər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/556468.html