Oteldən qaçan ayı sakinlərə hücum etdi: FACİƏLİ SONLUQ - VİDEO

 16:44 04.05.2021     34

Rusiyanın Nijnevartovsk şəhərində sakinlər qəribə hadisə ilə rastlaşıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, səhər saatlarında şəhərin mərkəzində ayı peyda olub. 

Qarşısına çıxan hər kəsə hücum edən ayı, sən demə, vəhşi deyilmiş. Yaxınlıqdakı oteldə qəfəsdən qaçıbmış. 

Heyvan insanlara sürətlə yaxınlaşsa da, onlara ciddi xətər yetirməyib. Sanki insanlarla oynayırmış kimi davranan ayının sevinci uzun sürməyib... 

Növbəti "dost"unu qovarkən yolda sürətlə gələn avtobusun altında qalıb.

Həmin videonu təqdim edirik:

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/945560.html