"Bədənimi tərk etdim və ölülərlə ünsiyyət qurdum"

 19:58 06.05.2021     53

Dünyaca məşhur ulduz Şeron Stoun insult keçirməsindən bəhs edərək, dəhşətli xatirələrindən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  63 yaşlı aktrisa 20 il əvvəl yaşadığı ağır günlərini belə xatırlayıb. O bildirib ki, kliniki ölüm keçirib:

"Ölümə yaxın bir təcrübə yaşadım. İnsanlar bu vəziyyəti müxtəlif yollarla təsvir edirlər. Kimisi elmi, kimisi mənəvi baxımdan düşünür. Bu versiyaların hər ikisini nəzərə alıram. Bu mənim başıma gələndə insanların danışdıqları bütün halları və vücudumdan ayrıldığımı hiss etdim. Sanki bədənimi tərk etdim və ölən insanlarla ünsiyyət qurdum. Bu, əslində bir növ müvəqqəti hiss idi. Onlarla dialoqumuz olmadı, amma ünsiyyət qurduğumuz başqa bir anlayış var idi.

Böyük bir ağrı hiss etdikdən sonra sanki kimsə sinəmə toxundu və bundan sonra ruhum bədənimə qayıtdı. Palataya qayıtmağa və bu səyahətə daha davam etməməyə qərar verdiyim aydın idi. Düşünürəm ki, bu təcrübə haqqında danışa biləcəyim hər şey budur".

Xatırladaq ki, Şeron Stoun 2001-ci ildə beyin qanaması keçirmişdi. O, şiddətli baş ağrılarından bir neçə gün sonra həkimlərə müraciət edib. Bu səbəbdən aktrisa ağır vəziyyətdə xəstəxanada yatıb və həkimlərin onun sağ qalma, ya normal həyata qayıtma ehtimalını sadəcə 1 faiz hesab edirdilər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/946345.html