“Starship” kosmik gəmisinin növbəti prototipi sınaqdan keçiriləcək

 20:10 06.05.2021     49

Ay və Mars planetlərinə idarəolunan uçuşlar üçün hazırlanan "Starship" kosmik gəmisinin növbəti prototipi mayın 4-5-də suborbital sınaq uçuşlarına başlaya bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Starship SN15" gəmisinin mühərriklərində dəfələrlə statik alov sınaqları keçirilib. Prototip fəzaya göndərilmək üçün "SpaceX" kompaniyasının Texas ştatının cənub-şərqində yerləşən poliqonundakı start meydançasına quraşdırılıb.

Sınaqlar çərçivəsində SN15 prototipi 10 kilometr hündürlüyə qalxacaq, mühərriki aerodinamik əyləclə söndürüləcək, sonra şaquli vəziyyət almaq və start meydançasına yumşaq eniş etmək üçün yenidən işə salınacaq.

Qeyd edək ki, "Starship" prototipinin bundan öncəki dörd suborbital sınaqları uğursuz nəticələnib. Aparatların hamisi mühərriklərində yaranan texniki nasazlıqlar səbəbindən eniş zamanı qəzaya uğrayıb. Bu il martın 30-da keçirilən sonuncu sınaq zamanı SN11 prototipi şaquli enişdən bir dəqiqə öncə partlayıb. "SpaceX" kompaniyasının banisi İlon Maskın sözlərinə görə, partlayışa və mühərrikin yanmasına metan qazının sızması səbəb olub.

Aprel ayının sonlarında İlon Mask əvvəlki versiyalarla müqayisədə SN15 prototipi üzərində yüzlərlə konstruktiv dəyişiklik edildiyini bildirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/945598.html