Qardaş ölkədən 8 il sonra ilk rəsmi görüş...

 20:24 06.05.2021     44

Misir tərəfi ilə keçirilən rəsmi görüşlərdə Suriya, Liviya və İraqdakı vəziyyət müzakirə edildi.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Danışıqlar səmimi atmosferdə və əhatəli şəkildə baş tutdu. Görüş zamanı ikitərəfli məsələlərlə yanaşı, Suriya, İraq və Liviyadakı son vəziyyət müzakirə edilib, Şərqi Aralıqda sülh və təhlükəsizliyin təminatının vacibliyi diqqətə çatdırılıb”, - deyə XİN-nin məlumatında bildirilib.

Qeyd edək ki, bu, 8 ildən sonra Misir və Türkiyə tərəfləri arasında baş tutan ilk rəsmi görüşdür.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/557052.html