Tokayev Qələbə paradında iştirak etməyəcək

 20:33 06.05.2021     41

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali deyib.

“Ölkə prezident Rusiya tərəfindən sözügedən dəvət almayıb, bununla əlaqədar olaraq da prezidentin qrafikində Moskva səfəri yoxdur”, - Uali bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/557056.html