ÇL-də bunu bacaran ilk baş məşqçi oldu

 20:58 06.05.2021     41

Çempionlar Liqasının yarımfinalında "Real"ı keçərək finala yüksələn "Çelsi"nin baş məşqçisi Tomas Tuhel rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Çempionlar Liqasının tarixində iki il ardıcıl fərqli klublarla finala adlayan ilk məşqçi olub.
 
Almaniyalı çalışdırıcı ötən il PSJ ilə turnirin finalına qədər irəliləmiş, həlledici görüşdə "Bavariya"ya uduzmuşdu.

Xatırladaq ki, "Çelsi" finalda "Mançester Siti" ilə qarşılaşacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/946152.html