Keçmiş icra başçısı yeni vəzifəyə seçildi

 21:00 06.05.2021     40

Biləsuvar Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, tədbirdə rəsmi şəxslər və şura üzvləri iştirak ediblər.

İclasda Əli Bədir oğlu Babayev səsvermə yolu ilə Biləsuvar Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib.

Qeyd edək ki, Ə.Babayev 1994-2002-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı işləyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/557061.html