Türkiyənin İraqdakı baş kosulluğu fəaliyyətini bərpa edib

 21:11 06.05.2021     51

Türkiyənin İraqın Mosul şəhərindəki baş konsulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu baş konsul Mehmet Küçüksakallı öz "Twitter" səhifəsində yazıb.

M.Küçüksakallı bildirib ki, konsulluq binası tam hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, Türkiyənin Mosuldakı baş konsulluğu 2014-cü ilin iyununda İŞİD silahlılarının hücumuna məruz qalmışdı. Hücum zamanı konsulluqda olan 49 nəfər girov alınmışdı. Girovlar həmin ilin sentyabrında azad edilmişdi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/946233.html