Futbol üzrə Birinci divizionda çempion müəyyənləşdi

 21:00 06.05.2021     44

Futbol üzrə Azərbaycan Birinci divizionunda 2020-2021-ci illər mövsümünün başa çatmasına iki tur qalmış qızıl medalların sahibi müəyyənləşib.

Publika.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Türk Hava Yolları Futbol Mərkəzində “Kəpəz”i qəbul edən “Neftçi-2” komandası 1:0 hesabı ilə qalib gələrək ən yaxın izləyicisi olan “Zaqatala” ilə xal fərqini 11-ə çatdırıb və bununla da çempionluğu rəsmiləşdirib.

Mahmud Qurbanovun komandası cari mövsümdə keçirdiyi 25 görüşdə 19 qələbə, 4 heç-heçə, 2 məğlubiyyətlə yadda qalıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/355323.html