Braziliyada metroda atışma, 25 nəfər öldü

 21:13 06.05.2021     51

Braziliyanın Rio-de-Janeyro şəhərində metro stansiyaların birində polislə narkotik ticarətçiləri şəbəkəsinin üzvləri arasında atışma olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, şəhərin Jakarezinyu adlanan ərazisində baş vermiş insident zamanı 25 nəfər ölüb.

Onlardan biri polis zabiti, 24 nəfər isə şübhəlidir. Bundan başqa, metronun 2 sərnişini və iki polis əməkdaşı yaralanıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/946289.html