Avropa ölkələrindən İsrailə çağırış: Ləğv et!

 21:37 06.05.2021     70

Fransa, Böyük Britaniya, Almaniya, İspaniya və İtaliya İsraili İordan çayının qərb sahilində yaşayış məskənlərinin inşasından imtina etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə həmin ölkələrin xarici işlər nazirlərinin yaydığı bəyanatda qeyd olunub.

“İsrail hökumətini Har Homa qəsəbəsində 540 evin tikintisinə başlamaq qərarını ləğv etməyə və işğal olunmuş Fələstin bölgələrində məskunlaşma siyasətinə son qoymağa çağırırıq. Məskunlaşmalar beynəlxalq hüquqa ziddir və İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həlli perspektivləri üçün təhlükədir”, - bəyanatda qeyd olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/557067.html