BMT-dən fəlakət xəbərdarlığı: "UÇURUMUN KƏNARINDAYIQ"

 21:36 06.05.2021     67

"2020-ci ildə Yerdəki istilik 3 milyon ildə ilk dəfə rekord həddə çatdı. Ökələrin istixana qazı tullantılarını azaltmas öhdəlikləri iqlim fəlakətinin qarşısını almaq üçün kifayət deyil".

Publika.az BELTA-ya istinadla xəbər verir ki, bunu BM-nin Baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, ötən il misilsiz ekstremal hava və iqlim fəlakəti dövrü olub:

"Karbon dioksid konsentrasiyaları yenidən ən yüksək səviyyəyə qalxdı. Bu, sənaye inqilabından öncəsi səviyyələrdən 148% daha yüksəkdi".

"Mövcud öhdəliklərə uyğun olaraq, hələ də əsrin sonlarına qədər fəlakətli 2.4 dərəcə istilik artımına doğru irəliləyirik. Uçurumun kənarındayıq. Ancaq birlikdə çalışsaq, iqlim sabitliyinin pozulmasının ən pis təsirlərinin qarşısını ala bilərik. Daha təmiz və yaşıl inkişaf yoluna çıxmaq üçün pandemiya sonrası sağalmadan yararlanmalıyıq. Daha təmiz və yaşıl inkişaf yoluna çıxmaq üçün", - deyə Quterreş deyib.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/355325.html