Türkiyə şirkəti hərəkətdə olan tank üzərindən atəş sistemini sınaqdan çıxarıb

 21:55 06.05.2021     74

Türkiyənin ASELSAN şirkətinin (Elektronik Sənaye və Ticarət A.Ş.) "VOLKAN-M" atəş nəzarət sistemi "M60TM" tankında uğurla test edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir "Twitter" sosial şəbəkə səhifəsində paylaşım edib. Bildirilir ki, yeni atəş sistemi hərəkətdə olan tankdan hədəfləri dəqiq vurub. Məlumatda bildirilir ki, carı ilin sonunadək yeni tank atəş sisteminin yaradılması hədəflənir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/945595.html