Vətən müharibəsində itkin düşmüş zabitimizin nəşi tapıldı - FOTO

 21:48 06.05.2021     62

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində itkin düşmüş hərbçisinin meyiti tapılıb.

Publika.az xəbər verir ki, 7 aylıq axtarışlardan sonra bu gün kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi tapılıb.

Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu ikinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Ötən il oktyabrın 15-dən sonra Ə.Rəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. Uzun axtarışlardan sonra bu gün onun şəhid olduğu müəyyən edilib.

Qeyd edək ki, Ə.Rəhmətov həmçinin "Aprel döyüşləri"ndə , ötən ilin Tovuz döyüşlərində bir sıra qəhrəmanlıqlar nümayiş etdirib.

Allah rəhmət eləsin.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/355327.html