3D printerdə çap edilmiş ev ilk kirəçilərini qəbul edib

 22:05 06.05.2021     69

Hollandiyada yaşayan evli cütlük Avropada tamamilə 3D çap texnologiyasının köməyi ilə tikilmiş ilk evə köçüblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Eliza Luts və Harri Dekkersə giriş qapısını açmağa imkan verən rəqəmli açar verilib.

Yaşayış sahəsi 94 kvadrat metr təşkil edən evin iki yataq otağı var. Qaya parçası formasında inşa edilmiş və 24 beton elementdən ibarət olan evin tikilməsinə 120 saat vaxt sərf edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/945583.html