Volkswagen yeni hetçbekini təqdim etməyə hazırlaşır

 22:10 06.05.2021     76

Volkswagen şirkəti ID ailəsinin auditoriyasını "qaynar" elektrokarların köməyi ilə genişlətməyə ümid edir.

Belə elektromobillərdən biri Volkswagen ID.3 hetçbekinin ikimühərrikli tam ötürməli "qaynar" versiyası ola bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, belə bir "qaynar" hetçbekin işıq üzü görəcəyi barədə məlumat 2019-cu ilin sentyabrında, adi hetçbekin təqdimatından dərhal sonra peyda olmuşdu. O zaman, "qaynar" elektromobilin tam ötürməli idman avtomobilləri üçün ənənəvi olan R indeksi ilə işarələnəcəyi ehtimal olunurdu, lakin istehsalçı ayrıca GTX subbrendini yaradaraq, "qaynar" hetçbek barədə söz-söhbəti yenidən canlandırıb.

Volkswagen şirkəti cari ilin ikinci yarısında təqdim ediləcək ID.5 kupe-krossoverinin də GTX versiyasına sahib olacağını artıq təsdiqləyib. Yeni elektrokar MEB arxitekturası üzərində inşa edilmiş premium Audi Q4 Sportback e-tron modelinin bənzəri olacaqdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/945600.html