Heyvanların Aya göndərilməsi üçün gəmi hazırlanacaq

 22:15 06.05.2021     74

Məlumat mənbələrinin bildirildiyi kimi, "Roskosmos" heyvanları aya göndərmək üçün yeni nəsil "Vozvrat-MKA-L" kosmik gəmi hazırlamağa başlayıb. Qeyd edildiyi kimi, onun köməyi ilə planetlərarası uçuşların canlı orqanizmlərə təsirini araşdırmaq üçün bio-tibbi tədqiqatların aparılması planlaşdırılır.

2022-ci ilə qədər aparlacaq işlərdən sonra, mütəxəssislər cihazın dizaynını təyin edəcək. Daha əvvəl "Roskosmos"un planlarında yalnız "Vozvrat-MKA" və "Bion-M" bioloji peyklər idi. Birincisinin buraxılışı 2025-ci ildən sonra 200 min kilometrə qədər, ikincisi 2023-cü ildə 800 min kilometrə çatmalıdır. REA Tibbi-Bilogiya Problemləri üzrə İnstitutunun elm üzrə direktor müavini Vladimir Sıçev 2020-ci ildə verdiyi müsahibədə "Vozvrat-MKA" kosmik gəminin sərnişinlərinin 20 siçan olacağını söyləyib. "Bion"da isə kosmosa siçanlar, sürünənlər, böcəklər, bitkilər və mikroorqanizmlər uçacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/945571.html