Çavuşoğludan Misir görüşləri ilə bağlı - Açıqlama

 22:17 06.05.2021     73

Ankara-Qahirə əməkdaşlığından Misir də mənfəət əldə edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“İki günlük danışıqlar hər iki tərəfdə dəyərləndiriləcək. Dostlarımız qayıtdıqdan sonra yenə müzakirələr olacaq. Əlbəttə ki, qarşıdakı günlərdə də əlaqələri normallaşdırmaq üçün atıla biləcək addımlarla bağlı danışıqlar davam edəcək”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, Türkiyə XİN rəhbərinin müavini Sədat Önalın təmsil etdiyi nümayəndə heyəti Qahirədə münasibətlərin normallaşması istiqamətində rəsmi danışıqlar aparıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/557074.html