"Azərbaycan" Ro-Pax ilk səfərini Bakı Limanından gerçəkləşdirəcək - VİDEO - FOTO

 22:33 06.05.2021     69

Ölkəmizdə inşa edilən "Azərbaycan" Ro-Pax tipli gəmi İlk səfərini Bakı Limanından gerçəkləşdirəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə limanının mətbuat xidmətinin rəhbəri Elmar Həbibli deyib.

Hazırda BakıLimanında gəminin yüklənməsi prosesi operativ şəkildə həyata keçirilir.

İlk səfərini Qazaxıstanın Kurık limanına edəcək gəmi vasitəsiylə 40 ağırtonnajlı avtomabil (TIR), 19 minik maşını, 43-ü TIR sürücüsü olmaqla, 47 sərnişinin daşınması planlaşdırılır.

Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması planlaşdırılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/946362.html