Populyar sosial şəbəkələr şəxsi məlumatların nə üçün toplanıldığını izah ediblər

 22:40 06.05.2021     71

Müxtəlif ölkələrdə populyar "Instagram" və "Facebook" proqramlarının "iPhone" istifadəçilərinə şəxsi məlumatların toplanılmasının səbəbini izah edən bildirişlər göndərilməyə başlanıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şəxsi məlumatların toplanması sosial şəbəkə istifadəçisinə fərdiləşdirilmiş reklamı təqdim etməyə kömək edir. Həmçinin bildirişlərdə qeyd olunur ki, özü haqqında məlumatların toplanılmasına icazə verən istifadəçi "Facebook" sosial şəbəkəsinin, eləcə də onun reklam verənlərinin inkişafını dəstəkləməyə kömək etmiş olur.

Bildirilir ki, "Facebook" və "Instagram" tərəfindən göndərilən bildirişləri istifadəçilər smartfonların əməliyyat sistemini "iOS 14" versiyasınadək yenilədikdən sonra almağa başlayıblar.

Əksər istifadəçilər öz məlumatlarının kənar şirkətlərə ötürülə biləcəyini düşünərək bildirişləri "iOS 14" yeniləməsində məxfilik quraşdırmalarında tam yeni imkanlarla əlaqələndiriblər.

Milli.Azm


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/945581.html