Azərbaycan Tokio Olimpiadasına daha bir lisenziya qazandı - FOTO

 22:36 06.05.2021     66

Azərbaycan cüdoçusu Murad Fətiyev Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.

Publika.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Belarus təmsilçisi Yunus Bekmurzayevla qarşılaşıb.

Rəqibinə cərimə xalı ilə qalib gələn Fətiyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Aktivinə daha 500 xal yazdıran cüdoçu Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı tam olaraq təmin edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/355332.html