ABŞ-da məktəbdə atışma: 3 nəfər yaralandı

 23:02 06.05.2021     74

ABŞ-ın Aydaho ştatının Riqbi şəhərində orta məktəbdə baş verən silahlı atışma nəticəsində 3 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə KIFI-TV məlumat yayıb.

Xəsarət alanlardan 2-i məktəbli, digəri isə yetkin şəxsdir. Onların həyati təhlükəsi yoxdur.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/557077.html