Bir çox regionların bazarlarında Huawei smartfonlarının qıtlığı yaşanır

 23:05 06.05.2021     75

Huawei şirkətinin smartfonlar bazarındakı payı getdikcə azalır. Buna əsas səbəb isə ABŞ hökuməti tərəfindən olan sanksiyalardır. Həmin sanksiyaların nəticəsində şirkət smartfon istehsalında problemlər ilə qarşılaşıb. Belə ki, o, digər şirkətlərdən vacib smartfon komponentlərini ala bilmir. Şirkət mobil bazarda öz mövqelərini tam itirməmək üçün əlindən gələni edir və hətta yaxın zamanda P50 smartfon seriyasının təqdimatı üzərində çalışır. Bu, şirkətin mümkün qədər uzun müddət ərzində sağ qalması üçün edilir. Bununla da şirkət ümid edir ki, yaxın zamanda ABŞ hökumətinin fikri dəyişə bilər.

Hal hazırda Çindən başqa digər regionların mağazalarında Huawei smartfonları demək olar tükənib. Eyni hal yaxın zamanda Çin bazarında da müşahidə olunacaq. Verilmiş məlumata əsasən Çin üzrə satıcılar Huawei pərəstişkarlarına yeni məhsul təklif edə bilmirlər. Hal hazırda bir sıra mağazalarda yalnız Huawei şirkətinin yalnız 2-3 smartfon modeli mövcuddur. Digər mağazalarda isə ümumiyyətlə satışda 1 model qalıb. Yaxın zamanda satıcılar Huawei smartfonlarından məhrum olacaqlar. Belə ki, şirkətin ehtiyat smartfonlarının sayı bitmək üzrədir.

Bir neçə müddət bundan öncə Huawei şirkətinin mobil biznesinin direktoru qeyd etmişdi ki, son 1 il ərzində ABŞ hökuməti şirkətə qarşı 4 dəfə sanksiya tətbiq edib. Bu isə öz növbəsində onun biznesinə çox ciddi zərbə vurub. Bu sanksiyalar Apple şirkətinə üstünlük verib və bunun sayəsində o, Çin bazarında premium smartfonlar üzrə liderliyi özünə qaytarır. Orta büdcəli smartfonlar bazarını öz aralarında Xiaomi, OPPO və Vivo şirkətləri bölürlər. Qlobal bazara gəldikdə isə Huawei-yə qarşı olmuş sanksiyalardan ən çox udan tərəf məhz Samsung olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/945593.html