London meri vəzifəsinə azərbaycanlı namizəd - VİDEO

 23:00 06.05.2021     68

Azərbaycanlı Kamran Balayev (Kam Balayev) London meri postuna namizəddir.

Publika.az xəbər verir ki, istinadən bildirir ki, Böyük Britaniyada yaşayan və çalışan beynəlxalq səviyyəli vəkil K.Balayevin namizədliyi mərkəzçi “Renew” partiyasından irəli sürülüb.

Kamran Balayev, Kembric Universitetinin və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunudur. Eyni zamanda BMT-nin bəyannamələri çərçivəsində insan haqlarının qorunması məsələləri ilə məşğul olan “Sərhədsiz Hüquqşünaslar” təşkilatının qurucusudur.

Qeyd edək ki, hazırda Londonda mer seçkiləri keçirilir. Yekun nəticələr mayın 10-da məlum olacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/avropa/355334.html