Avokadoda xərçəng əleyhinə maddə tapılıb

 23:15 06.05.2021     72

Alimlər avokado meyvəsində leykoz zamanı xərçəng hüceyrələrinin yayılmasına səbəb olan fermentlərin qarşısını alan maddələr tapıb. ABŞ və Kanadadan olan alimlər tədqiqat apararaq, xərçəngə qarşı potensial təsirli təbii qidaları və əlavələri araşdırıb. Alimlər, leykoz hüceyrələrində çox miqdarda VLCAD fermentinin olduğunu aşkar edib. Bu səbəblə mütəxəssislər, bu fermenti təsirsiz edən maddə axtarışında olub.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  xüsusiyyətlərinə görə, yalnız avokadoda tapılan, yağlar sinifinə aid olan molekul avokatin B olub. Alimlər bu birləşmənin xərçəng hüceyrələrinin böyüməsi üçün vacib olan fermenti hədəfə aldığını sübut edib. "VLCAD fermenti bu tip terapiyaya uyğun xəstələri təyin etmək üçün ən yaxşı göstərici ola bilər. O, həmçinin dərman aktivliyini ölçmək üçün də göstərici ola bilər", - deyə Quelf Universitetinin professoru Pola Spanyolo bildirib. Deyerler.org

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/945570.html