Güləşçilərimiz tarixi antirekorda imza atdı

 23:20 06.05.2021     73

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında cəmi 3 sərbəst güləşçi təmsil edəcək.

Axar.az-ın məlumatına görə, bu, antirekord göstəricidir.

Əvvəlki olimpiadalarda ən pis halda 4 sərbəst güləşçi mübarizə aparıb:

1996. Atlanta - 6

2000. Sidney - 6

2004. Afina - 4

2008. Pekin - 7

2012. London - 6

2016. Rio-de-Janeyro - 6

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına sərbəst güləş növündə maksimum 6 lisenziya qazanmaq olar. Azərbaycan təmsilçilərindən Şərif Şərifov (97 kq) 2019-cu il dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə builk Avropa Təsnifat Turnirində bu vəzifənin öhdəsindən gəlib. Son şans sayılan Dünya Təsnifat Turnirində Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) lisenziyasız qalıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/557087.html