İmtahanda maksimum bal toplayan şagird - Foto

 23:57 06.05.2021     81

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Axar.az xəbər verir ki, imtahan iştirakçıları arasında bir nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb. Həmin şagird Ruslan Məsimovdur.

R.Məsimov iki il əvvəl 9-cu siniflərin buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/557094.html