Pentaqon: ABŞ-ın qoşunlarını Əfqanıstandan çəkməsi plana uyğun gedir

 23:57 06.05.2021     75

"İndiyə qədər ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması plana uyğun davam edir".

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin brifinqdə bildirib.

Qeyd edək ki, ABŞ qoşunları 2001-ci ildənƏfqənıstanda əməliyyatlarda iştirak edir.2021-ci il mayın 1-dən isə isə birləşmiş ştatlar öz qoşunlarını bu ölkədən çıxarmağa başlayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/946369.html