BMT-nin Baş katibi fəlakətinin yaxınlaşdığını elan edib

 23:56 06.05.2021     64

"Keçən il Yerin temperaturu üç milyon ildə 3 dərəcə yüksələrək rekord həddə çatıb, bu, bəşəriyyətin iqlim fəlakətinə yaxınlaşmasıdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş onlayn keçirilən "Petersberq İqlim Dialoqu" beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci il misilsiz ekstremal hava və iqlim fəlakəti dövrü olub: "Atmosferdəki karbon dioksidin konsentrasiyası ən yüksək səviyyəyə qalxaraq sənaye səviyyəsini 148% üstələyib".

Planetin uçurumun astanasında olduğunu diqqətə çatdıran Quterreş əlavə edib ki, əsrin sonuna qədər temperaturun 2.4 dərəcə yüksəlməsinə doğru gedirik: "Lakin birlikdə işləsək, iqlim sabitliyinin pozulmasının ən pis təsirlərinin qarşısını ala bilərik. Daha təmiz, daha yaşıl inkişaf yolunu tutmaqla pandemiyadan da qurtula bilərik".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/946368.html