Tələblərimiz yerinə yetirilməsə, işbirliyini sonlandıracağıq - Hla

 00:18 07.05.2021     76

Tələblərimiz yerinə yetirilməsə, hərbi rəhbərliklə işbirliyinə son qoyacağıq.

Axar.az xəbər verir ki, bunu Myanmarda hərbi çevrilişdən sonra orduya dəstək verən Arakan Milli Partiyasınin rəhbəri Tha Tun Hla deyib.

Hla hərbi rəhbərliyin Arakan əyalətinə daha geniş muxtariyyət vədi ilə əlaqədar konkret bir addım atmadığını vurğulayıb:

"Tələblərimiz yerinə yetirilmədi. Gördük ki, hərbi rəhbərliklə işbirliyi bizə kömək etməyəcək. İcra heyətimiz hərbi rəhbərliklə əməkdaşlığı sonlandırmağa qərar verdi".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/557099.html