Yermak: İnanırıq ki, Bayden yaxında Ukraynaya gələcək

 00:29 07.05.2021     77

Ümid edirik ki, ABŞ Prezidenti Co Bayden bu il ərzində Ukraynaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak deyib.

O bildirib ki, görüşlə bağlı indiyə kimi tarix müəyyən edilməyib:

“Görüşün yaxın tarixlərdə baş tutacağına inanırıq. Eyni zamanda ABŞ Dövlət katibi Entoni Blinken də bununla bağlı istəyini də ifadə edib”.

Qeyd edək ki, ABŞ Dövlət katibi E.Blinken Ukraynada rəsmi səfərdədir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/557100.html