Ceff Bezos kosmosa bilet hədiyyə edəcək

 00:50 07.05.2021     82

Milyarder Ceff Bezosa məxsus “Blue Origin” şirkəti “New Shepard” suborbital gəmisinə bir sərnişin yeri üçün onlayn oyun keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

“Qalibə “Blue Origin” reysinə bir yer hədiyyə edəcəyik”, - məlumatda qeyd olunub.

Bildilib ki, bilet əldə etmək üçün şirkətin saytına daxil olub, qeydiyyatdan keçmək lazımdır. Mayın 5-dən 19-na kimi hər bir kəs ərizə verə bilər. Qalib iyunun 12-də bəlli olacaq.

Qeyd edək ki, “New Shepard” iyulun 20-də kosmosa uçacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/557102.html