Sabiq prezident partlayış nəticəsində XƏSARƏT ALDI

 00:49 07.05.2021     63

Maldiv Respublikasının keçmiş prezidenti, hazırda Xalq Məclisinin sədri Məhəmməd Naşid Maledə baş verən partlayış nəticəsində yaralanıb.

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, hazırda o, xəstəxanada müalicə alır.

Partlayışın eks-prezidentin evinin yaxınlığında baş verdiyi bildirilir. Asayiş keşikçiləri yerli sakinləri partlayışın baş verdiyi əraziyə getməməyə çağırıb.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/355342.html