PKK peşmәrgә qüvvәlәrinin mövqelәrinә HÜCUM ETDİ

 01:41 07.05.2021     69

Separatçı terror tәşkilatı PKK İraq Kürd Regional Rәhbәrliyinә sadiq olan peşmәrgә qüvvәlәrinә hücum edib.

Publika.az xəbər verir ki, "TRT Haber" məlumat yayıb.

Qeyd edilib ki, hücum Әrbilin Soran qәsәbәsinin Sidekan bölgәsindә reallaşdırılıb.

Mәsәlә ilә bağlı açıqlama verәn peşmәrgә qüvvәlәrinin komandanı Behrem Arif Yasin PKK-nın peşmәrgәlәilərin Sidekandakı mövqelәrinә hücum etdiyini, hücum zamanı ölәn vә ya yaralananın olmadığını bildirib.

Qeyd edәk ki, terror tәşkilatı PKK martın 12-dә dә Sidekan bölgәsindә hücum törәtmişdi. Hücum zamanı peşmәrgә qüvvәlәrinin bir üzvü ölmüşdü, biri dә yaralanmışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/355345.html