Braziliyada koronavirusdan daha 1 024 nəfər ölüb

 09:05 10.05.2021     47

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 38 911 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 15 184 790 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 024 nəfər ölüb, ölənlərin ümumi sayı 422 340 nəfər təşkil edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947163.html