Bakıda yaşayış binasında yanğın - XƏSARƏT ALANLAR VAR

 09:12 10.05.2021     45

Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 64 m² olan mənzildə ev əşyaları 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/355690.html