Saxta peyvənd kartından istifadə edənlərə xəbərdarlıq

 09:30 10.05.2021     46

Almaniyanın ədliyyə naziri Kristin Lambreçt peyvənd kartları (yaxud pasport) ilə bağlı saxtakarlıq edənlərə xəbərdarlıq edib.

Axar.az-ın məlumatına görə, nazir bildirib ki, burada dələduzluq edənlər insanları riskə məruz qoyur və effektiv mübarizənin qarşısını alır.

“Bu, önəmsiz cinayət deyil. Cərimə, yaxud həbs cəzası ilə nəticələnə bilər”, - deyə Lambreçt bildirib.

Qeyd edək ki, Almaniyada koronavirusa qarşı tam peyvəndlənən insanlar üçün müəyyən məhdudiyyətlər aradan qaldırılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/557745.html