Türkiyə gözlənilən addımı atdı - Genral Milli.Az-a AÇIQLADI

 10:27 10.05.2021     46

"Türkiyənin ABŞ-dan F-35 Lightning II qırıcı-bombardmançı təyyarələrini almaqla bağlı dialoq aparmağının rəsmi Ankara nəzərindən bir səbəbi var - Türkiyə Amerikadan bir ortaq olaraq öz haqqını istəyir".

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib.

Türk general bildirib ki, rəsmi Ankara haqqını almaq üçün F-35 təyyarələri ilə bağlı ABŞ-la danışıqlara başladı:

"F-35 məsələsi sadəcə Amerikaya məxsus bir layihə deyildi. Tərəfdaş dövlətlərin öz aralında qərarlaşdırıb edəcəkləri bir layihə idi. Orada bir nəfər özbaşına "Səni bu layihədən çıxardaram" deyə bilməz. Bundan başqa Türkiyənin onlara ödədiyi pullar var, ən azından o pulların geri qaytarılması üçün. Bir də ediləcək əməkdaşlıq çərçivəsində türk sənaye şirkətlərinin üzərlərinə götürdüyü işlər var. O işlər barədə də əvvəlcədən qərar qəbul edilmişdi. Bunların haqqını tələb etmək üçün belə bir qərara ehtiyac var idi. Türkiyə də bu addımı atdı. Türkiyə dolayısı ilə öz haqını bərpa etmək istəyir. Normal bir qərar verildi, inşallah nəticəsi də yaxşı olar".

Təhməz Əsədov

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/946906.html