Rusiya SSRİ kimi dağılacaq - Venediktov

 10:56 10.05.2021     46

Moskvanın davranışları Rusiyanı iflasa sürükləyəcək.

Axar.az xəbər verir ki, bunu Rusiyanın "Exo Moskvı" radiostansiyasının rəhbəri Aleksey Venediktov deyib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti tarixin öyrənilməsi məsələlərinə müdaxilə edəcəyi, hamıya məlum faktları gizlədəcəyi və təhrif edəcəyi təqdirdə ölkənin parçalanması qaçılmaz olacaq:

"Sovet İttifaqının belə sürətli dağılmasının səbəblərindən biri, mənim fikrimcə, tarixin məktəbdə və sonrakı ictimai həyatda tədris edilməsidir. Bunu deyərkən marksizm-leninizm və faktların təhrif olunmasına əsaslanan tarix kitablarını nəzərdə tuturam. Sovet vətəndaşları 1991-ci ildə SSRİ-nin iflasına tamamilə biganə şəkildə izlədilər və onun müdafiəsinə qalxmadılar, çünki sovet dövləti yalan və saxtakarlığa əsaslanırdı. Rusiyanın taleyi də buna bənzərdir".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/557746.html