Heydər Əliyevin apardığı siyasət öz bəhrəsini verir - General

 11:05 10.05.2021     45

Ulu öndər Heydər Əliyevin apardığı siyasət bu gün öz bəhrəsini verir.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında deyib.

General-polkovnik Məhərrəm Əliyev bildirib ki, ulu öndərin ən böyük uğuru ondan ibarət oldu ki, İlham Əliyev kimi şəxsiyyəti yetişdirdi:

"Çünki bu məsələləri ancaq o həll edə bilərdi. Və o da həll etdi. Mən də özümü xoşbəxt sayıram ki, Heydər Əliyevin dövründə də fəaliyyət göstərmişəm. Bu gün də sözsüz ki, apardığımız uğurlu işlərin nəticəsidir ki, Qarabağ torpağı azad olunub. İnsanlar xoşbəxtdir. Bəlkə də Azərbaycan xalqı üçün bundan böyük xoşbəxtlik ola bilməzdi. Tarixlər həmişə sərkərdələri yadda saxlayır. Azərbaycanda da sözsüz ki, Heydər Əliyev kimi şəxsiyyət, İlham Əliyev kimi onun davamçısı tarixdə qalacaq. Biz də o tarixi yaşatmaq üçün əlimizdən gələn işləri görməyə çalışacağıq”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/355707.html