Çexiya Rusiyadan 1 milyard kron tələb etdi

 11:17 10.05.2021     38

Çexiya Rusiyadan Vrbetiçe silah anbarında baş verən partlayışa görə 1 milyard kron kompensasiya tələb etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Çexiya maliyyə naziri Alen Şillerov deyib.

“Məsələyə dair ən uyğun həll beynəlxalq hüquqa uyğun kompensasiya tələbidir. Əgər biz kompensasiya tələbi yoluyla getsək, bu, çox zaman alacaq”, – deyə o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/557795.html