Qarabağda vuruşmuş erməni terrorçuları ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir - Kamran Əliyev

 11:41 10.05.2021     53

Qarabağda vuruşmuş erməni terrorçularının hər biri ilə bağlı konkret cinayət işləri var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, bununla bağlı istintaq işləri davam etdirilir:

"Onlara qarşı konkret cinayət işi ilə bağlı ittiham irəli sürülüb. Bunlardan biri - Livan vətəndaşı ilə bağlı cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Onun barəsindəki cinayət işinə beynəlxalq konvensiyalara uyğun baxılması təmin ediləcək. Digər terrorçularla bağlı cinayət işi yekunlaşmaq üzrədir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək"

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/947212.html