Kamran Əliyev "Tərtər işi"ndən danışdı

 12:04 10.05.2021     41

Baş prokuror Kamran Əliyev son günlər "Tərtər işi" ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Axar.az Report-a istinadən xəbər verir ki, baş prokuror "Tərtər işi ilə bağlı 2017-ci ildə istintaq işi aparıldığını bildirib.

"Burada müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurdur", - K.Əliyev vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/557805.html