Ermənistanın mülki əhaliyə qarşı cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb - Kamran Əliyev

 12:20 10.05.2021     43

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, bu, diplomatiya sahəsində həyata keçirilən addımlardır:

"Münaqişə başlayan ilk gündən bəri bununla bağlı müvafiq tədbirlər görülüb, hüquqi müstəvidə addımlar atılıb. Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı həm cinayət təqibi qaydasında, həm mülki qaydada iddiaların qaldırılması təmin ediləcək".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/947219.html