İsraildən ABŞ-a reaksiya: Təzyiq göstərməyin!

 22:46 10.05.2021     70

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsraildən olan həmkarı Meir Ben Şabatla telefon əlaqəsi saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Tərəflər Qüdsdə baş verən son hadisələri müzakirə edib.

B.Şabat ABŞ-ın İsrailə qarışmamalı və təzyiq göstərməməli olduğunu söyləyib:

“ABŞ və dünya ictimaiyyəti bu işə qarışaraq Fələstin xalqına dəstək verməsin. Düzəni qorumaq istəyirsinizsə, İsrailə deyil, Fələstinə təzyiq göstərin”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/557926.html