Balıq qoxusundan necə xilas olaq - 30 qəpiklik MÖCÜZƏ

 22:49 10.05.2021     61

Çoxunun sevimli yeməyi olan balıq bişirildikdən sonra mətbəxi uzun müddət pis qoxu tərk etmir.

Milli.Az belə qoxudan qurtulmağın ucuz və sadə üsullarını təqdim edir:

Bis qoxunu dəf etmək üçün limondan bir dilim kəsin və qazı yandırın. Çalışın qaz zəif dərəcədə olsun. Kəsdiyiniz limon dilimini qazın üzərinə qoyun. Yavaş-yavaş yanan limon mətbəxinizdən gələn pis qoxunu dəf edəcək. Bununla belə mətbəxinizdən gözəl limon qoxusu gələcək.

Balıq qızardarkən yağdan pis qoxu gəlməsin deyə yağa əvvəlcədən limon sıxın.

Balıq qoxusunu boşqablardan, bıçaqlardan, çəngəllərdən yox etmək üçün onları yuduğunuz qaba içdiyiniz qəhvənin çöküntüsünü atın. Qəhvə çöküntüsü balıq qoxusunu yox edəcək. Sonra qablarınızı su ilə yaxşıca yaxalayın. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/946200.html