Səhər oyanan kimi qəhvə içmək təhlükəlidir - Diyetoloq

 23:25 10.05.2021     60

Səhər yuxudan oyanan kimi acqarına dərhal qəhvə içmək, eləcə də gecə yatmayan, növbəli işdə çalışanların da səhər qəhvə içməsi zərərli və təhlükəlidir.

Milli.Az xəbər verir ki, britaniyalı dietoloq Ketrin Kelli acqarına qəhvənin qanda şəkəri bir neçə saatlıq yüksəltdiyini bildirib.

"Qəhvə heç də həmişə gümrahlıq təsiri vermir. Yarıyuxulu insan qəhvə içərsə, əksinə o özünü daha da yuxulu, əzgin hiss edəcək. Beyini tam oyanmağa qoymur".

Həkim qəhvəni oyandıqdan ən tezi 40 dəqiqə sonra içməyi tövsiyə edir. Kimlər ki, müəyyən səbəblərdən gecə yarıdan səhərə kimi heç yatmayıb, onlara səhər tezdən qəhvə içmək ümumiyyətlə olmaz.

"Qəhvəni səhər yeməyindən sonra içmək daha uyğundur, o zaman qanda şəkər stabil qalacaq. Çünki səhər yeməyində qəbul edilən liflər qəhvənin bu təsirinin qarşısını alır".

Səhər oyanan kimi bir stəkan ilıq su içmək daha yaxşıdır. /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/943965.html