Soyuq barmaqlar bu təhlükədən xəbər verir

 23:50 10.05.2021     63

Barmaq uclarının həmişə soyuq olması damarların spazmını göstərir, ancaq səbəbi fərqli də ola bilər.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nevroloq Pavel Xoroşev danışıb. "Buzlu" barmaqların nəyə işarə edə biləcəyindən söz açan həkimin sözlərinə görə, spazm səbəbi soyuqdəyməyə və ya Reyno sindromuna patoloji reaksiya ola bilər:

"Müalicə olunmasa, barmaqların kəsilməsinə və ətraflarda daha ciddi fəsadlara səbəb ola bilər. Barmaqların soyuması bədənin qan təzyiqi və ya dərmanlara qarşı reaksiyası da ola bilər. Əgər hər hansı səbəbdən bir insanın təzyiqi düşübsə, bədən bir yerdə ciddi qan axması olduğunu düşünür. Daxildəki qan axışını məhdudlaşdırmaq üçün damarlarda spazm yaranır. Əllərin soyuması üçün spazm kifayət qədər güclüdür". (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/946798.html